MİL İdarə Heyəti və NTK

müəllif: milnetwork

MİL İdarə Heyəti Ümumi Yığıncaq tərəfindən 1 il müddətinə seçilən Şəbəkənin illik, aylıq və gündəlik iş proqramını və fəaliyyətini müəyyən edən və onun həyata keçirilməsini təmin edən icra orqanıdır. İH-in fəaliyyətə başlaması üçün biri direktor olmaqla azı üç üzvü olmalıdır.

Zəhra Həsənova
MİL Şəbəkəsi Direktoru
Harun Sadıqlı
MİL İnsan Resursları üzrə Menecer
Rəşad Quliyev
MİL İctimaiyyətlə Əlaqələr üzrə Menecer

MİL Nəzarət Təftiş Komissiyası (MNTK) MİL Şəbəkəsinin nəzarətedici orqanıdır. MNTK ən çoxu üç üzvdən ibarətdir və Ümumi Yığıncaq tərəfindən MİL üzvləri arasından seçilir. 2019-cu ilə qədər Şəbəkənin NTK-ı Sevda Əlisoy olmuşdur.