Biz Kimik?

müəllif: milnetwork

MİL Şəbəkəsi gənclərin könüllü ictimai təşəbbüsü olaraq fəallıq, peşəkarlıq, azad düşüncə, dözümlülük və plüralizmi əsas dəyər kimi mənimsəmiş vətəndaş cəmiyyəti fəalları yetişdirir. MİL-in əsas məqsədi ictimai təşkilatlar və layihələrin idarə edilməsində gənclərin mütəxəssis kimi formalaşmasına dəstək olmaq və vətəndaş cəmiyyətinin inkişafına təkan verməkdir.  Biz inanırıq ki,

  • Cəmiyyətin gələcəyini onun fəal gəncləri müəyyən edir. Bu mənada, hər bir ictimai fəaliyyət və təşəbbüs həmin cəmiyyətin inkişafı üçün atılmış bir addımdır;
  • İctimai fəalların sosial işlərdə və ictimai layihələrin idarəedilməsindəki peşəkarlığı həmin cəmiyyətin inkişaf meyarıdır;
  • İctimai fəalların azad düşüncəsi cəmiyyətin azadlıq təminatıdır;
  • Biz bütün fərqliliklərin bir arada mövcud ola biləcəyi, qarşılıqlı hörmətin olduğu vətəndaş cəmiyyəti istəyirik və buna görə də fəaliyyətlərimizlə dözümlülük və plüralizm mühitinə öz töhfəmizi veririk.
MİL Şəbəkəsi Amerikanın Səsində